Laçında Azərbaycan-Türkiyə birgə təlimi başlayıb - FOTO

Laçında Azərbaycan-Türkiyə birgə təlimi

© APA | Laçında Azərbaycan-Türkiyə birgə təlimi

# 06 sentyabr 2021 17:33 (UTC +04:00)

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Laçın rayonunda birgə döyüş atışlı taktiki təlim başlayıb.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, Azərbaycan və Türkiyə hərbçilərinin iştirakı ilə keçirilən təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR