Vətən müharibəsinin şəhidi Təbriz İbrahimov II Fəxri xiyabanda dəfn olunub - FOTO - YENİLƏNİB - VİDEO

Şəhid Təbriz İbrahimovun dəfn mərasimi

© APA | Şəhid Təbriz İbrahimovun dəfn mərasimi

# 20 may 2021 11:26 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan hərbçi Təbriz İbrahimov dəfn olunub.

APA-nın xəbərinə görə, şəhid hərbçi II Fəxri xiyabanda torpağa tapşırılıb.

Dəfn hərbi orkestrin müşayiəti ilə keçirilib, yaylım atəşi açılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin təmsilçiləri, Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Salyan rayon İH başçısı Sevindik Hətəmov, hərbçilər, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, şəhid hərbçi ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində dünən vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Bakıya gətirilib.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Respublika Hərbi Prokurorluğunun dünən yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

***

11.04

Vətən müharibəsində şəhid olmuş hərbçi Təbriz İbrahimovun dəfn mərasimi keçirilir.

APA-nın xəbərinə görə, şəhid hərbçinin nəşi dəfn olunmaq üçün II Fəxri xiyabana gətirilib.

Mərasimdə Müdafiə Nazirliyinin, Yasamal və Salyan rayon İcra hakimiyyətlərinin təmsilçiləri, hərbçilər, şəhidin yaxınları, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, şəhid hərbçi ilə anadan olduğu Salyan rayonunun Çadırlı kəndində dünən vida mərasimi keçirilib. Daha sonra şəhidin nəşi dəfn olunmaq üçün Bakıya gətirilib.

İbrahimov Təbriz İsmayıl oğlu 8 oktyabr 1992-ci il Salyan rayonunun Çadırlı kəndində anadan olub. Onun sentyabrın sonlarında Murov istiqamətində gedən döyüşlərdə itkin düşdüyü bildirilir.

Respublika Hərbi Prokurorluğunun dünən yaydığı məlumata görə, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR