Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılır

NATO hərbçiləri Əfqanıstanda

© APA | NATO hərbçiləri Əfqanıstanda

# 07 may 2021 13:13 (UTC +04:00)

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun sülhməramlıları Əfqanıstandan çıxarılır.

APA-nın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Məlumata görə, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində 5 mindən çox hərbçinin Əfqanıstandan çıxarılması gözlənilir.

Qeyd olunub ki, NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan sülhməramlılarının sayı 120 nəfərdir.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden may ayının 1-dən başlayaraq ABŞ qoşunlarının Əfqanıstandan çıxarılacağını bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR