DSX işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib - VİDEO

DSX işğaldan azad olunmuş ərazilərə media-tur təşkil edib - <span class="red_color">VİDEO</span>

© APA | Xudafərin körpüsü

# 10 may 2021 17:40 (UTC +04:00)

İşğaldan azad olunmuş ərazilərə media-tur təşkil edilib.

APA-nın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin təşkil etdiyi səfər çərçivəsində jurnalistlər Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarında olacaq.

Media nümayəndələri İran və Ermənistanla dövlət sərhədində hərbi hissə və zastavaların xidməti fəaliyyəti ilə tanış olacaqlar.

Media nümayəndələrinə məlumat verilib ki, Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistanla dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə və müdafiə infrastrukturu yaradılır.

Hərbi qulluqçuların xidmət şəraitinin və sosial təminatının yaxşılaşdırılması üçün kompleks tədbirlər həyata keçirilir.

Qeyd olunub ki, Azərbaycan-İran dövlət sərhədinin işğaldan azad olunmuş hissəsində sərhəd zastavaların fəaliyyəti bərpa edilir. Zəngilan-Qubadlı rayonlarında, Laçın rayonun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə sərhəd-döyüş məntəqələri yaradılıb.

Son iki ay ərzində bu istiqamətdə 10 yeni hərbi hissə xidməti döyüş fəaliyyətinə başlayıb.

Dövlət Sərhəd Xidmətinin Çevik Hərəkət Qüvvələrinin formalaşdırılması və xüsusi hazırlıqlı peşəkar heyətlə kompleksləşdirilməsi, ən müasir silahlarla, döyüş sursatı və hərbi ləvazimatlarla təchiz edilməsi, real döyüş təcrübəsi əldə etmələri üçün ciddi önəm verilməsi, pilotsuz uçuş aparatlarının alınması və effektiv tətbiq olunması üzrə peşəkar vərdişlərin formalaşdırılması, zirehli döyüş texnikalarının modernləşdirilməsi, müasir hərb tarixində AN-2 təyyarələrinin pilotsuz uçuş aparatı kimi tətbiqi və digər fəaliyyətlər  böyük zəfərin əldə olunmasında Azərbaycan sərhədçilərinin uğurlu iştirakına zəmin yaradıb.

© APA | Xudafərin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR