Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin açılışı zamanı Dövlət Himni mütləq ifa ediləcək

Milli Məclis

© APA | Milli Məclis

# 06 may 2021 14:24 (UTC +04:00)

Azərbaycan Respublikasının Dövlət Himninin mütləq ifa edildiyi hallar artırılır.

APA-nın məlumatına görə, bununla əlaqədar “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” qanuna dəyişiklik təklif edilir.

Layihəyə əsasən, Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı Azərbaycan Respublikasının Dövlət Himni mütləq ifa ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR