Vətən müharibəsi şəhidi Elməddin Vəkilov Daşkəsəndə dəfn olunub - FOTO - YENİLƏNİB-1

Daşkəsəndə Şəhid Elməddin Vəkilovun dəfn mərasimi

© APA | Daşkəsəndə Şəhid Elməddin Vəkilovun dəfn mərasimi

# 08 may 2021 12:48 (UTC +04:00)

Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilov Daşkəsəndə dəfn edilib.

APA-nın yerli bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsən Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, hüquq-mühafizə orqanlarının əməkdaşları iştirak edib.

***

11.26

Daşkəsəndə Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovun cənazəsinin qarşısında qurbanlar kəsilib.

APA-nın yerli bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi Daşkəsəndə yaşadığı evə gətirilib.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanların əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq.

***

10.56

Vətən müharibəsində şəhid olan hərbçi, baş əsgər Elməddin Vəkilovla Daşkəsəndə vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun nəşi doğulduğu Daşkəsən şəhərinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi başlayıb.

Mərasimdə Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər iştirak edir.

Şəhid hərbçimiz Daşkəsən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, Respublika Hərbi prokurorluğunun dünən yaydığı məlumata görə, həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşmüş daha bir hərbçinin - müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə, aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

Şəhid hərbçimiz 1988-ci ildə Daşkəsən rayonunda anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR