Emin Sabitoğlunun doğum günü münasibətilə sərgi təşkil olunub

Emin Sabitoğlunun doğum günü münasibətilə fotosərgi

© APA | Emin Sabitoğlunun doğum günü münasibətilə fotosərgi

# 01 noyabr 2021 12:49 (UTC +04:00)

Azərbaycan Dövlət Film Fondunun ekspozisiyasında bəstəkar Emin Sabitoğlunun doğum günü münasibətilə fotosərgi təşkil olunub.

Film Fondundan APA-ya verilən məlumata görə, sərgidə bəstəkarın şəxsi arxiv fonduna daxil edilmiş fotoşəkillər nümayiş olunur.

Sərgi noyabrın 17-ə kimi davam edəcək.

Qeyd edək ki, Emin Sabitoğlu “Bizim Cəbiş müəllim”, “Gün keçdi”, “Dədə Qorqud”, “Atları yəhərləyin”, “Bəyin oğurlanması”, “Təhminə”, “Həm ziyarət, həm ticarət” filmlərinin musiqisini yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR