Mədəniyyət və Turizm Nazirliyinin iki veb saytı fəaliyyətə başlayacaq

Mədəniyyət və Turizm Nazirliyinin iki veb saytı fəaliyyətə başlayacaq
# 01 mart 2007 15:16 (UTC +04:00)
İki ay müddətində Mədəniyyət və Turizm Nazirliyinin iki veb saytı fəaliyyətə başlayacaq. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, saytın hazırlanması ilə bağlı artıq avadanlıq alınıb və saytın kommunikasiya məsələləri həll olunur: “Bu gündən etibarən artıq Mədəniyyət və Turizm Nazirliyində saytın yaradılması ilə əlaqədar xüsusi bölmə fəaliyyət başlayıb. Saytlarda mədəniyyət və turizm sahəsi ilə bağlı ayrı-ayrı məlumatlar yerləşdiriləcək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR