Novruz bayramının beynəlxalq səviyyədə bayram kimi qeyd olunması üçün tədbirlər görülür

Novruz bayramının beynəlxalq səviyyədə bayram kimi qeyd olunması üçün tədbirlər görülür
# 14 mart 2007 15:35 (UTC +04:00)
Novruz bayramının beynəlxalq səviyyədə bayram kimi qeyd olunması üçün müəyyən tədbirlər görülür. APA-nın məlumatına görə, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, artıq dünyanın bir neçə ölkəsindən Novruz bayramı tədbirlərində iştirak üçün Azərbaycana qonaqlar dəvət olunub: “Hazırda paytaxtda görülən bərpa və yenidənqurma işləri Novruz bayramının beynəlxalq bayram kimi qeyd olunmasına imkan vermir. Gələn il Novruz bayramının daha geniş şəkildə, xarici qonaqların iştirakı ilə qeyd etməyi düşünürük”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR