Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib

Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib
# 15 iyun 2007 12:56 (UTC +04:00)
İyunun 14-də Yaşıl Teatrda Bakı Beynəlxalq Caz Festivalının bağlanış mərasimi keçirilib.
APA-nın məlumatına görə, iyunun 7-də başlamış festival çərçivəsində ABŞ-ın Billy Cobham, “Culture Mix”, Denise Jannah, Hiram Bullok, Fransadan Claire Michaelin “Elixir” qrupu, Emil Məmmədov, Emil İbrahimov, Almaniyada yaşayan həmyerlimiz, Vaqif Mustafazadənin qızı Əzizə Mustafazadə, Şahin Növrəsli, İsfar Sarabski, Natiq Şirinov və digərləri çıxış edib. Festival çərçivəsində ilk dəfə olaraq qonaqların iştirakı ilə master-klass təşkil olunub. Mərasimdə çıxış edən Amerikada yaşayan həmyerlimiz Tofiq Mirzəyev Bakıda caz festivalının ilk dəfə 40 il bundan öncə keçirildiyini söyləyib: “Həmin ildə keçirilən caz festivalının qalibi adına Vaqif Mustafazadə layiq görülüb”.
Daha sonra səhnəyə çıxan festivalın en gənc iştirakçısı İsraf Sarabski royalda musiqi üzərində qurulan caz gəzişmələrini ifa edib. Qala konsertdə Şahin Növrəsli, Denis Janna, Zülfüqar Bağırov, Claire Michael, “Elixir” qrupu çıxış edib. III Bakı Beynəlxalq Caz Festivalı Əzizə Mustafazadənin çıxışı ilə başa çatıb. Xalqı qarşısında çıxış etməkdən məmnun olduğunu vurgulayan musiqiçi məhz festivalın bağlanış mərasimində iştirak etmək üçün Bakıda qalıb: “ Vaqif Mustafazadənin bu ənənəsini davam etdirən hər kəsə minnətdaram. Biz heç birimiz Vaqif Mustafazadəni unutmamalıyıq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR