AzTV-nin rejissoru koronavirusdan vəfat edib

Arzu Məmmədova

© APA | Arzu Məmmədova

# 24 avqust 2021 14:37 (UTC +04:00)

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) rejissoru Arzu Məmmədova (Mövlud) koronavirusdan (COVID-19) vəfat edib.

Bu barədə APA-ya AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva məlumat verib.

O bildirib ki, A.Məmmədova bu gün vəfat edib.

A.Məmmədova 1967-ci ildə anadan olub. O, Mədəniyyət kanalının "Ədəbi-dram və folklor verilişləri" baş redaksiyasının əməkdaşı olub.

Allah rəhmət eləsin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR