"Dörd tankçı və it" serialının qəhrəmanı vəfat edib

"Dörd tankçı və it" serialının qəhrəmanı vəfat edib
# 09 sentyabr 2021 16:16 (UTC +04:00)

Məşhur Polşa kino və teatr aktyoru Veslav Qolas 91 yaşında vəfat edib.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, sentyabrın 4 -də xəstəxanaya yerləşdirilən aktyor insult keçirib.

V.Qolas 1930-cu ildə Varşavadan 150 km cənubda yerləşən Keltse şəhərində anadan olub. Aktyorun filmoqrafiyası zəngin və müxtəlifdir. İlk çıxışını Andjey Vajdanın "Nəsil" filmilə edən aktyor "Dörd tankçı və it" serialındakı Tomas rolu ilə məşhurlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR