Heykəltəraş Xanlar Əhmədov: "Tağıyevin heykəli sabah quraşdırılacaq"

Hacı Zeynalabdin Tağıyevin heykəli

© APA | Hacı Zeynalabdin Tağıyevin heykəli

# 24 avqust 2021 15:35 (UTC +04:00)

“Hacı Zeynalabdin Tağıyevin heykəli sabah quraşdırılacaq”.

Bu barədə APA-ya heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov məlumat verib.

“Heykəlin quraşdırılacağı ərazidə işlər yekunlaşıb, postament də artıq hazırdır”, - o deyib.

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti Z. Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi keçirib. Tanınmışlarla yanaşı, gənc rəssam-heykəltəraşlar və əcnəbi müəlliflərin də qatıldığı müsabiqəyə təqdim olunan 26 əsərdən Xanlar Əhmədovun işi qalib olub.

Xatırladaq ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyasının qarşısında ucaldılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR