Tanınmış aktyor və rejissor Vladimir Menşov vəfat edib

Vladimir Menşov

© APA | Vladimir Menşov

# 05 iyul 2021 12:09 (UTC +04:00)

Rusiyanın tanınmış aktyoru, rejissoru, ssenaristi və prodüseri Vladimir Menşov vəfat edib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə “Mosfilm”dən bildirilib.

“Mosfilm”dən verilən açıqlamada qeyd olunur ki, V. Menşov 82 yaşında koronavirusdan dünyasını dəyişib.

V. Menşov 17 sentyabr 1939-cu ildə Bakıda anadan olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR