Tofiq Quliyevin heykəli tamamlanmaq üzrədir

Tofiq Quliyev

© APA | Tofiq Quliyev

# 29 iyul 2021 10:38 (UTC +04:00)

Bəstəkar, Xalq artisti Tofiq Quliyevin heykəli qısa müddətdə hazır olacaq.

Bu barədə APA-ya heykəlin müəllifi Tural Rzaquliyev məlumat verib.

"Heykəlin tamamlanması üçün təxminən 20% iş qalıb. Ancaq heykəlin nə vaxt qoyulacağına dair dəqiq bir söz deyə bilmərəm. Çünki bu tək məndən asılı olan məsələ deyil. Heykəlin yerinin hazırlanması və quraşdırılması Mədəniyyət Nazirliyinə aid məsələlərdir", - deyə heykəltəraş bildirib.

Qeyd edək ki, “Tofiq Quliyevin abidəsinin ucaldılması haqqında” Azərbaycan Prezidentinin 20 may 2021-ci il tarixli Sərəncamının icrası məqsədilə Mədəniyyət Nazirliyinin sifarişi əsasında heykəltəraş Tural Rzaquliyev tərəfindən hazırlanması nəzərdə tutulan heykəlin keçmiş “Bakı” mehmanxanasının yerində salınmış parkda ucaldılması planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR