Xalq artisti Ağakişi Kazımov dəfn edilib - FOTO - YENİLƏNİB

Xalq artisti Ağakişi Kazımov dəfn edilib - FOTO  - YENİLƏNİB
# 09 oktyabr 2021 14:39 (UTC +04:00)

Xalq artisti Ağakişi Kazımov dəfn edilib.

APA-nın xəbərinə görə, mərhum "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

***

saat 14:14

Bu gün Təzəpir məscidində Xalq artisti Ağakişi Kazımovla vida mərasimi keçirilib.

APA-nın xəbərinə görə, vida mərasimində mərhumun ailə üzvləri, yaxınları, sənət dostları və digər şəxslər iştirak ediblər.

Qeyd edək ki, Xalq artisti dünən vəfat edib.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə anadan olub. 1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində ali təhsil alıb. 1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edib.

O, Akademik Milli Dram Teatrında, Musiqili Teatrda, Gənc Tamaşaçılar Teatrında tamaşalar qoyub.

A. Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına layiq görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR