Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi qoyulub - FOTO

Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi qoyulub.

© APA | Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi qoyulub.

# 11 sentyabr 2021 14:38 (UTC +04:00)

Xalq artisti Sabir Əliyevin qəbirüstü abidəsi ucaldılıb.

Bu barədə APA-ya Xalq artistinin bacısı oğlu İlkin Nuriyev məlumat verilib.

Abidənin müəllifləri heykəltəraşlar Mövsüm Təbrizli və Toğrul Ağayevdir.

Qeyd edək ki, Sabir Əliyev 1948-ci ildə Cəlilabad rayonunda anadan olub. O, 1968-ci ildə tələbə ikən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib və 42 il teatrın muğam bölməsinin solisti olub.

Sabir Əliyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə, 2005-ci ildə "Əməkdar artist”, 2017-ci ildə "Xalq artisti" fəxri adlarına layiq görülüb.

O, ötən il dekabrın 22-də koronavirusdan (COVID-19) vəfat edib, "Yasamal" qəbiristanlığında dəfn edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR