“Mozalan” kinojurnalının ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi başa çatıb

“Mozalan” kinojurnalının ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi başa çatıb
# 17 yanvar 2015 08:38 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. “Mozalan” kinojurnalının ən yaxşı bədii süjet ssenariləri müsabiqəsi başa çatıb.

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, müsabiqə kinojurnal üçün yeni müəllif qüvvələrini aşkara çıxarmaq və onlarla əməkdaşlıq etmək məqsədi daşıyır.

Müsabiqəyə daxil olan ssenarilərin sayının çox olması ilə əlaqədar nəticələr yanvar ayının sonunda elan ediləcək. Qaliblərin adları www.azerbaijanfilm.az saytında və “Mədəniyyət” qəzetində açıqlanacaq.

Noyabrın 15-də elan olunan müsabiqədə peşəkar dramaturqlarla yanaşı, özünün bacarığına əmin olan, həyatda gördüyü gülməli əhvalatları ssenari şəklinə salmağı bacaran digər şəxslər də iştirak edə bilərdilər.

Qaydalara görə, ən yaxşı ssenarilər ekranlaşdırılacaq, qaliblər 800-1000 manat qonorar alacaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR