Avropa ölkələrinin mənzil tikintisi üzrə reytinqi açıqlanıb - TOP-10

#
# 11:11
20 iyul 2020

Rusiya mənzil tikintisi baxımından Avropa ölkələri arasında birinci pillədə qərarlaşıb – son 3 ildə Rusiyada hər 10 min nəfər üçün 227 yeni mənzil inşa olunub.

"APA-Economics"in məlumatına görə, bu barədə RİA "Novosti"nin tərtib etdiyi Avropa ölkələrinin mənzil tikintisi üzrə reytinqində deyilir.

Siyahıda Rusiyanın ardınca Avstriya və Qazaxıstan yer alıb (müvafiq olaraq 207 və 181 mənzil). Bu üç ölkənin reytinqdə yüksək mövqeyinə baxmayaraq, onlar geniş yaşayış sahəsi ilə öyünə bilməz. Belə ki, Avstriyada orta hesabla hər adama 1,6 otaq, Rusiya və Qazaxıstanda isə daha az – 1,1 və 0,8 otaq düşür.

Qeyd edək ki, siyahıda Avropanın 29 ölkəsi yer alıb. 

Avropa ölkələrinin mənzil tikintisi üzrə reytinqi: 

 #

 Ölkə

2017-2019-cu illərdə tikilmiş mənzillərin sayı, 10 min nəfərə

Orta hesabla adambaşına düşən cari otaqların sayı

1

Rusiya

227

1,1

2

Avstriya

207

1,6

3

Qazaxıstan

181

0,8

4

Finlandiya

176

1,9

5

İrlandiya

173

2,1

6

Fransa

167

1,8

7

Norveç

161

2,0

8

Polşa

159

1,1

9

Belarus

146

1,1

10

Estoniya

135

1,7

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR