"Azercell" yeni kampaniyaya start verib ®

"Azercell" yeni kampaniyaya start verib ®
# 16 sentyabr 2020 18:33 (UTC +04:00)

Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” MMC müasir həyatın ayrılmaz hissəsinə çevrilən rəqəmsal xidmətləri və ən son model smartfonları daha da əlçatan edib.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, “Azercell” “Samsung” şirkəti ilə birgə yeni kampaniyaya start verib.

Sentyabr ayının 15-dən etibarən “Azercell” ailəsinə yeni qoşulan hər bir abunəçi “Samsung” brendinə məxsus istənilən model smartfon və ya planşet əldə edərək 1 il boyunca aylıq 1 GB internet hədiyyə qazanır.

Kampaniyadan yararlanmaq üçün oktyabr ayının 30-dək “Azercell” diler və Eksklüziv mağazalarına yaxınlaşaraq, yeni “Azercell” nömrəsi ilə birgə müasir dizayna malik çoxfunksiyalı “Samsung” cihazlarından birini əldə etmək kifayətdir.

Kampaniya haqqında ətraflı məlumatla şirkətin rəsmi səhifəsindən tanış olmaq olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR