Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb

Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı azalıb
# 03 mart 2020 16:21 (UTC +04:00)

Bu ilin fevral ayında Azərbaycanda "Facebook" istifadəçilərinin fəallığı yanvar ayı ilə müqayisədə 4,2 faiz bəndi azalıb.

"APA-Economics"in "Global Stats" statistika mərkəzinə istinadən verdiyi məlumata görə, martın 1-nə "Facebook"un Azərbaycanın sosial media bazarında payı 34,6% təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 1,8 faiz bəndi azdır. Populyarlığına görə "Facebook" ölkənin sosial media bazarında birinci yeri tutur.

Sosial şəbəkələr arasında populyarlığına görə ikinci yerdə "Pinterest" qərarlaşıb ki, onun istifadəçilərinin ölkə üzrə fəallığı fevral ayı ərzində 8,9 faiz bəndi artıb. Bu sosial şəbəkənin Azərbaycan bazarında payı bu ilin martın 1-nə 25,5% təşkil edib ki, bu da ötən ilin analoji göstəricisindən təqribən 9,2 faiz bəndi çoxdur.

Bu ilin fevral ayı ərzində ölkə üzrə "Instagram" şəbəkəsinin istifadəçilərinin fəallığı 0,47 faiz bəndi azalıb. Martın 1-nə olan məlumata görə, "Instagram" Azərbaycan sosial media bazarında 19,3% bazar payı ilə 3-cü yerdə qərarlaşıb ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6 faiz bəndi çoxdur.

Digər sosial şəbəkələrin pay bölgüsü belədir: "Twitter" – 9,4, "YouTube" – 8%, "VKontakte" – 1,44% və s.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR