Azərbaycanda telekommunikasiya xidmətlərinin mövcud olmadığı daha bir kənd telefonlaşdırılıb

Azərbaycanda telekommunikasiya xidmətlərinin mövcud olmadığı daha bir kənd telefonlaşdırılıb
# 19 dekabr 2019 09:32 (UTC +04:00)

Azərbaycanın dövlət rabitə operatoru olan "Aztelekom" MMC telekommunikasiya xidmətlərinin mövcud olmadığı daha bir kənd telefonlaşdırıb.

"Aztelekom"dan "APA-Economics"ə verilən məlumata görə, Qazax rayonunun Canalı kəndində 384 nömrə tutumlu elektron ATS quraşdırılaraq sakinlərə telefon və internet xidmətinin göstərilməsinə başlanılıb.

Hazırda "Aztelekom"un tabeliyinə 57 yerli telekommunikasiya müəssisəsi (Gəncə telekommunikasiya idarəsi daxil olmaqla), Beynəlxalq Avtomat Telefon Stansiyası və Kabel Magistralları Texniki Qovşağı daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR