Azərbaycanda tenderlərdə iştirak haqqı yalnız nağdsız ödəniləcək

Azərbaycanda tenderlərdə iştirak haqqı yalnız nağdsız ödəniləcək
# 13 aprel 2020 09:28 (UTC +04:00)

Dövlət satınalmalarının vahid internet portalında iştirak haqqı ödənişləri 2020-ci il 15 aprel tarixindən etibarən “ASAN Ödəniş” sistemi vasitəsilə aparılacaq. "APA-Economics"in "Elektron satınalma" portalına istinadən verdiyi məlumata görə, portalda profilaktik tədbirlərin həyata keçirilməsi səbəbi ilə 14 aprel 23:00 -24:00 arasında portalın fəaliyyətində dayanmalar ola bilər.

Dövlət satınalmalarının vahid internet portalı haqqında əsasnamə”yə uyğun olaraq Portalda iştirak haqqı ödənişləri 2020-ci il 15 aprel tarixindən etibarən “ASAN ödəniş” sistemi vasitəsilə aparılacaq. 

Malgöndərənlər və podratçılar portalda qeyd olunan tarixdən sonra yaradılan elektron tenderlərdə iştirak etmək üçün yalnız “ASAN ödəniş” sisteminə keçid edərək nağdsız ödəniş etməklə tenderdə iştirak etmək mümkün olacaqdır. 

Satınalan təşkilatlar portalda elektron tender yaradılan zaman satınalan təşkilatlar tərəfindən “ASAN ödəniş” sistemində qeydiyyatdan keçən bank rekvizitlərindən istifadə ediləcəkdir. Bu məqsədlə 2020-ci il 15 aprel tarixindən etibarən tənzimləmələr bölməsində olan “ASAN ödəniş” bölməsi vasitəsilə bank rekvizitlərini qeydiyyatdan keçirməyə ehtiyac var. Qeyd olunan tarixdən sonra tenderlər yaradılarkən yalnız qeydiyyatdan keçən bank rekvizitlərindən istifadə ediləcək. Bank rekvizitlərinin səhv daxil edilməsi nəticəsində yaranan hər hansı problemlə əlaqədar satınalan təşkilat məsuliyyət daşıyacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR