Azərbaycanın 18 təhsil müəssisəsi AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun "AzScienceNet" şəbəkəsi və DATA mərkəzinin xidmətlərindən yararlanmaq imkanı əldə edib.
İnstitutdan “APA-Economics”ə verilən məlumata görə, Avropa İttifaqının "EaPConnect" layihəsi çərçivəsində internet sürətinin 3Gb/s və "backup" (ehtiyat) xəttinin isə 1Gb/s sürətə çatdırılması üçün işlər aparılıb.
Təhsil Nazirliyinin "AzEduNet" şəbəkəsinin "AzScienceNet" şəbəkəsinə inteqrasiyası istiqamətində aparılan işlər çərçivəsində təklif olunan 1 Gbit/s internet trafikindən hazırda təqdim olunan sürətin 70%-i (700 Mbit/s) təhsil müəssisələri üçün ayrılıb.