Bank Of Baku

Bakıda 169 avtobus xətti üzrə sərnişindaşıma xidməti göstərilir

Bakıda 169 avtobus xətti üzrə sərnişindaşıma xidməti göstərilir
# 28 aprel 2021 11:41 (UTC +04:00)

Bakıda 169 avtobus xətti üzrə sərnişindaşıma xidməti göstərilir. Bunların 44 faizi şəhərdaxili, 56 faizi şəhərətrafıdır. 

APA-nın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli mətbuat konfransında bildirib. 

Ötən il 16 yeni avtobus xətti açılıb, bunlardan 12-si ekspress, 4-ü müntəzəmdir. 26 xəttin hərəkət sxemi dəyişdirilib. 12 xətt üzrə müsabiqə elan edilib. Hazırda Bakı şəhəri üzrə 29 daşıyıcı fəaliyyət göstərir. Ümumilikdə daşıyıcı sayı 51 faiz optimallaşdırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR