Çində ölkədaxili sərnişin aviadaşımaları pandemiyadan əvvəlki həcmi ötüb

Çində ölkədaxili sərnişin aviadaşımaları pandemiyadan əvvəlki həcmi ötüb
# 19 aprel 2021 10:57 (UTC +04:00)

Mart ayında Çin aviaşirkətləri tərəfindən daxili uçuşlar üzrə ümumilikdə 47,68 mln sərnişin daşınıb ki, bu da 2019-cu ilin eyni ayına, yəni pandemiyadan əvvəlki həcmlərə nisbətən daha yüksəkdir.

APA-Economics”in “Interfax”a istinadən verdiyi məlumata görə, bu barədə Çin Mülki Aviasiya Administrasiyasının (CAAC) açıqlamasında deyilir.

Hava nəqliyyatı ilə yükdaşımaların həcmi isə marta təqribən 655 min ton təşkil edib ki, bu da 2019-cu ilin mart ayı ilə müqayisədə 3,7% çoxdur.

CAAC qeyd edir ki, Çinin bəzi bölgələrində COVID-19 virusuna yoluxmanın artması və pandemiya ilə əlaqədar dünyadakı çətin vəziyyət səbəbindən aviasiya sənayesinə təzyiqlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR