DSK yeni Tvinniq layihəsinə başlayıb

#
# 14:57
29 sentyabr 2020

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Biznes statistikası sahəsində məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması işlərini gücləndirmək məqsədilə Dövlət Statistika Komitəsinə (DSK) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə dəstək” Tvinninq layihəsinin rəsmi açılışı videokonfrans formatında keçirilib.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, layihə Finlandiya Statistika İdarəsi (konsorsium rəhbəri), Litva Statistika Departamenti və Niderland Mərkəzi Statistika Bürosundan ibarət konsorsium tərəfindən həyata keçirilir. Əsas benefisiar təşkilatlar DSK və Dövlət Vergi Xidmətidir.

17 ay davam edəcək Tvinninq layihəsinin ümumi məqsədi Azərbaycanda özəl sektorun/kiçik və orta biznesin fəaliyyətinə dair məlumatların toplanması, işlənilməsi, təhlili, nəşri və yayımlanması sahəsində yerli mütəxəssislərin potensialının artırılmasından ibarətdir. Layihə çərçivəsində statistik biznes reyestrlərini təkmilləşdirmək və istifadəçilərin biznes statistikasına olan tələbatı nəzərə alınmaqla biznes statistikasının metodologiyasını Aİ standartlarına uyğunlaşdırmaq məqsədilə DSK və Dövlət Vergi Xidmətinin potensialının artırılmasını hədəfləyən missiyaların həyata keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR