Mayın sonunda Norilsk-Ufa-Bakı aviareysi açılacaq

Mayın sonunda Norilsk-Ufa-Bakı aviareysi açılacaq
# 04 may 2021 11:20 (UTC +04:00)

Rusiyanın “NordStar” aviaşirkəti Norilsk-Ufa-Bakı (və geriyə – red.) aviareysi üzrə biletlərin satışına başlayıb.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Norilskdən Azərbaycanın paytaxtına ilk aviareys 2021-ci il mayın 21-nə nəzərdə tutulub.

Məlumata görə, Norilskdən Ufaya və daha sonra Bakıya uçuşlar həftənin cümə günləri həyata keçiriləcək.

Qeyd olunur ki, uçuşlar “Boeing 737-800” təyyarələri vasitəsi ilə yerinə yetiriləcək.

Xatırladaq ki, COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycana giriş üçün respublika vətəndaşları ilə yanaşı həmin aşağıdakı şəxslərə icazə var:

- Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;

- Valideynlərdən biri, həyat yoldaşı və ya övladı Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər;

- Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;

- Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Arayışda QR-kodun olması arzu olunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir. Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir. COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR