"Microsoft" Azərbaycanda dövlət qurumlarının lisenziyalı proqram təminatının quraşdırılmasından gileylənib

"Microsoft" Azərbaycanda dövlət qurumlarının lisenziyalı proqram təminatının quraşdırılmasından gileylənib
# 02 mart 2020 14:57 (UTC +04:00)

Dövlət qurumlarında lisenziyalı proqram təminatının quraşdırılması aşağı səviyyədə həyata keçirilir.

"APA-Economics"in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "Microsoft-Azerbaijan" şirkətinin baş direktoru Qaçay Mirzəyev deyib.

Onun sözlərinə görə, dövlət buna investisiyalar ayırıb, “Microsoft” isə lisenziyaları təqdim edib: "Buna baxmayaraq, dövlət qurumları bunları quraşdırmayıb. Bu gün onların quraşdırılması çox aşağı səviyyədədir. Biz çox arzu edərdik ki, qurumlar bu istiqamətdə maarifləndirmə aparsınlar. Biz də öz növbəmizdə bu işə qoşulmağa hazırıq. İstəyərdik, alınan lisenziyalar quraşdırılsın. Ondan sonra isə lisenziyaların hansı imkanlarının yaradılması haqqında danışa bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR