Xətai və Suraxanı rayonlarının su təchizatında məhdudiyyətlər olacaq

Xətai və Suraxanı rayonlarının su təchizatında məhdudiyyətlər olacaq
# 12 fevral 2020 14:31 (UTC +04:00)

Bu gün Bakının Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 12 fevral 2020-ci il tarixində gün ərzində Xətai və Suraxanı rayonlarının bir hissəsinə içməli suyun verilməsində müəyyən məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR