AAYDA sosial şəbəkələrdə dərc olunmuş videoya münasibət bildirib

AAYDA sosial şəbəkələrdə dərc olunmuş videoya münasibət bildirib
# 17 noyabr 2021 12:27 (UTC +04:00)

Ötən gün sosial şəbəkələrdə Ucar rayonunda 22N-li Yol İstismarı MMC-ə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə havanın vurulması ilə bağlı dövlət qurumlarına qarşı insanlarda mənfi fikir formalaşdıran dəqiqləşdirilməmiş video dərc olunub.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) "APA-Economics"ə rəsmi olaraq bildirilib ki, sözügedən maşın Ucar rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə sözügedən əraziyə cəlb edilib.

"Vətəndaşlardan xahiş edirik ki, bu cür dəqiqləşdirilməmiş məlumatlara inanmasınlar. Cəmiyyət arasında çaşqınlıq yaradan qərəzli və böhtan xarakterli məlumatların paylaşılması yolverilməzdir. Bu cür fəaliyyət qanuna ziddir və hüquqi məsuliyyət doğurur", - Dövlət Agentliyindən bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR