"Araz Vadisi İqtisadiyyat Zonası" Sənaye Parkı əlverişli ərazidə yerləşir

 "Araz Vadisi İqtisadiyyat Zonası" Sənaye Parkı əlverişli ərazidə yerləşir
# 15 noyabr 2021 13:34 (UTC +04:00)

"Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanına əsasən yaradılarkən Fərmanın yarımbəndində qeyd edilir ki, Şərqi Zəngəzur iqtisadi rayonunun cənubunda – Cəbrayıl rayonu ərazisində yerləşən tarixi Xudafərin körpülərinin olduğu istiqamətdə sərhəd-gömrük keçid məntəqəsinin açılması da sənaye parkının fəaliyyətə başlaması ilə daha səmərəli olacaq.

APA-nın xəbərinə görə bunu Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumda (IBF) çıxış edən "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru Elşad Nuriyev deyib.

Onun sözlərinə görə, "Araz Vadisi İqtisadiyyat Zonası" xüsusi əhəmiyyət kəsb edir. Sözügedən iqtisadi zona yol kəsişmələrinin ortasında yerləşir.

Elşad Nuriyev qeyd edib ki, Zəngəzur dəhlizinin açılmasından sonra "Araz Vadisi İqtisadiyyat Zonası"nın əhəmiyyət bir qədər də artacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR