AZAL-ın Müşahidə Şurasının iclası keçirilib - FOTO

AZAL-ın Müşahidə Şurasının iclası keçirilib - FOTO
# 12 iyun 2021 11:08 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, İclasa Müşahidə Şurasının üzvləri, QSC-nin İdarə Heyətinin üzvləri və digər rəsmilər qatılıblar.

Onlayn iclas Müşahidə Şurasının sədri, nazir Rəşad Nəbiyevin sədrliyi ilə baş tutub.

İclasda QSC-nin idarə edilməsinin müasir korporativ idarəetmə standartları nəzərə alınmaqla təkmilləşdirilməsi üçün yaradılan komitələrin əsasnamələri və tərkibləri, eləcə də korporativ katib haqqında əsasnamə müzakirə olunaraq təsdiqlənib.

Eyni zamanda, AZAL-ın fəaliyyəti üzrə cari məsələlər haqqında çıxışlar edilib.

Qeyd edək ki, “Azərbaycan Hava Yolları” QSC-nin Müşahidə Şurası Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 30 mart tarixli Sərəncamına əsasən yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR