Azərbaycanda 30 rayonun pay torpaqlarında dürüstləşdirmə işləri başa çatıb

Azərbaycanda 30 rayonun pay torpaqlarında dürüstləşdirmə işləri başa çatıb
# 23 noyabr 2021 15:41 (UTC +04:00)

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daha 5 rayonda (Goranboy, Yardımlı, Qax, Yevlax və Biləsuvar) dürüstləşdirmə işləri yekunlaşdırılaraq nəticələr Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə inteqrasiya olunub.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, bununla da pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işləri 30 rayonda yekunlaşıb.

Qeyd edək ki, Xidmət tərəfindən torpaqların elektron kadastr uçotu işi yekunlaşmış 51 rayonun 50-də pay torpaqlarında uyğunsuzluqlarla bağlı fərqlərin aradan qaldırılması işlərinin icrası davam edir.

Vətəndaşların torpaq sənədlərindəki məlumatlarla faktiki vəziyyət arasındakı uyğunsuzluqlar çoxsaylı torpaq mübahisələrinə və qeydiyyat məsələlərində problemlərə səbəb olurdu. Bu işlər çərçivəsində torpaq islahatı ilə əlaqədar vətəndaşların mülkiyyətinə verilmiş pay torpaqlarına dair hüquqmüəyyənedici sənədlərdəki ölçülərlə faktiki ölçülər arasındakı fərqlərin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılır. Bununla da, vətəndaşlar pay torpaqlarına dair hüquqi sənədləri Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi ofislərinə təqdim edərək çıxarışları rahatlıqla əldə edə biləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR