Azərbaycanda builki yük və sərnişindaşımanın həcmi açıqlanıb

Azərbaycanda builki yük və sərnişindaşımanın həcmi açıqlanıb
# 14 iyun 2021 17:24 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda yük və sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,9% və 25,6% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 77,2 mln. ton yük daşınıb. Yüklərin 3,1%-i dəniz, 7,9%-i dəmir yolu, 0,2%-i hava, 56,1%-i avtomobil nəqliyyatı, 32,7%-i isə boru kəməri ilə daşınıb.

Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,9% azalıb, daşınan yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 77,2% təşkil edib.

2021-ci ilin yanvar-may aylarında nəqliyyatçılar 447,0 mln. sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 99,7%-i avtomobil nəqliyyatı, 0,1%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR