Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanacaq

Əli Əsədov

© APA | Əli Əsədov

# 08 may 2021 18:18 (UTC +04:00)

Azərbaycanda rəqəmsal transformasiya konsepsiyasının layihəsi hazırlanacaq.

APA-nın məlumatına görə, bu, Baş nazir Əli Əsədovun “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Prezidentinin 2021-ci il 27 aprel tarixli 1325 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə” sərəncamında əksini tapıb.

Sərəncama əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Ədliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Azərbaycan Respublikasında rəqəmsal transformasiya konsepsiyasının layihəsini üç ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR