Bakı-Gəncə qatarı sərnişinləri Abşeron Dairəvi Dəmir yolu ilə daşıyacaq

Bakı-Gəncə qatarı sərnişinləri Abşeron Dairəvi Dəmir yolu ilə daşıyacaq
# 17 may 2021 13:09 (UTC +04:00)

Xırdalan dairəsində yeni dəmir yolu körpüsünün inşası ilə bağlı Bakı-Xırdalan-Sumqayıt istiqamətində qatarların hərəkəti müvəqqəti dayandırıldığından həmin marşrut üzrə işləyən qatarlar Bakı-Pirşağı-Sumqayıt xəttinə yönəldilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) “APA-Economics”ə verilən məlumata görə, mayın 16-dan Bakı-Xırdalan-Sumqayıt istiqaməti üzrə hərəkət bərpa edildiyindən həmin qatarların əvvəlki marşrut üzrə gediş-gəlişi təmin edilib. Bu da Abşeron dairəvi dəmir yolu xəttinin hər iki istiqamətində sərnişin sıxlığı ilə müşahidə olunub.

Sıxlığın aradan qaldırılması üçün tədbirlərə başlanılıb, bu məqsədlə pandemiya şəraiti ilə əlaqədar ölkədaxili sərnişin daşımalarının dayandırıldığı nəzərə alınaraq, Bakı-Gəncə qatarı müvəqqəti olaraq mayın 18-dən Abşeron Dairəvi Dəmir yolu istiqamətində sərnişinlərə xidmət göstərəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR