Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası buraxılıb - FOTO

Cahangir Cahangirovun 100 illiyi ilə bağlı poçt markası buraxılıb - FOTO
# 26 oktyabr 2021 14:17 (UTC +04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycanın görkəmli bəstəkarı Cahangir Cahangirovun 100 illiyinə həsr olunmuş poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 5 min tirajla Belarus Respublikasının Bobruysk şəhərində çap olunub. Markanın müəllifi rəssam Vüqar Əyyubovdur.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR