Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb

Dövlət strukturları tərəfindən açılan kibertəhlükəsizlik sorğularının sayı artıb
# 18 iyun 2021 11:11 (UTC +04:00)

Bu ilin may ayında Azərbaycanda kompüter təhlükəsizliyi ilə bağlı dövlət strukturları tərəfindən açılan sorğuların sayı aprel ayı ilə müqayisədə 6,3% artaraq 353 ədəd təşkil edib.

Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, may ayı ərzində mərkəzə daxil olan sorğulardan 96,6%-nə baxılıb və təmin edilib.

Mərkəzdən verilən məlumata əsasən, may ayında Azərbaycan internet məkanında dövlət qurumlarına aid 4 domen və 2 yeni subdomen qeydiyyatdan keçib.

Mərkəz tərəfindən informasiya təhlükəsizliyi üzrə audit keçirilərək, müvafiq dövlət qurumlarına 10 hesabat təqdim edilib.

Ümumilikdə, cari ilin yanvar-may aylarının nəticələrinə görə, kompüter təhlükəsizliyi ilə bağlı müraciətlərin ümumi sayı 1859 ədəd təşkil edib. Qeyd olunan dövr ərzində ümumi sorğuların 96%-nə baxılaraq təmin edilib, müvafiq dövlət qurumlarına 76 hesabat təqdim edilib. Yanvar-may ayları ərzində Azərbaycanın internet seqmentində 20 domen və 43 subdomen qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR