Nazir müavini: İşğaldan azad edilən ərazilərdə ekoloji layihələrin icrası istiqamətində sistemli işlər aparılır

Niyazi Səfərov

© APA | Niyazi Səfərov

# 27 oktyabr 2021 12:15 (UTC +04:00)

İşğaldan azad edilən ərazilərdə ekoloji layihələrin icra olunması istiqamətində sistemli işlər həyata keçirilir.

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət Sammitində çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Onun sözlərinə görə, bu ərazilərdə alternativ enerjinin inkişaf etdirilməsi üçün olduqca böyük potensial var: "Bu istiqamətdə Azərbaycancanın müvafiq qurumları bir sıra xarici şirkətlə danışıqlar aparılır, konkret layihələr müzakirə olunur. Bu layihələrdən biri Energetika Nazirliyi ilə BP şirkəti arasında bərpa olunan enerji sahəsinin inkişafı üçün Cəbrayıl və Zəngilan ərazisində 240 meqavatlıq günəş elektrik stansiyasının icra müqaviləsinin imzalanmasıdır".

Nazir müavini həmçinin əlavə edib ki, bu istiqamətdə dövlət-özəl tərəfdaşlığına da böyük diqqət yetirilir, bu istiqamətdə də artıq konkret işlərə başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR