Rəşad Nəbiyev İraqın rabitə naziri ilə görüşüb

Rəşad Nəbiyev İraqın rabitə naziri ilə görüşüb

© APA | Rəşad Nəbiyev İraqın rabitə naziri ilə görüşüb

# 05 avqust 2021 15:38 (UTC +04:00)

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri Rəşad Nəbiyev İraq Respublikasının rabitə naziri Arkan Al-Şeybani ilə görüşüb.

"APA-Economics"in məlumatına görə, bu barədə nazir öz "Facebook" hesabında yazıb.

"Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında Birgə Komissiyanın ikinci iclasında iştirak etmək üçün ölkəmizdə səfərdə olan İraq Respublikasının rabitə naziri Arkan Al-Şeybani ilə görüşdüm. Ölkələrimiz arasında iqtisadi münasibətlərə, o cümlədən İKT sahəsində əməkdaşlığa dair müzakirələr apardıq", - deyə R. Nəbiyev bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR