Türkiyəli nazir: “Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik”

Türkiyəli nazir: “Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik”
# 30 may 2021 13:35 (UTC +04:00)

“Biz də dəmir yolu məsələsində çalışırıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşdə Türkiyə Respublikasının nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

Türkiyəli nazir deyib ki, Naxçıvan ilə Qars arasındakı, Qars-Aralık-Dilucu arasındakı layihələrimizi yekunlaşdırmışdıq: “İnşallah, onları da bir proqram şəklində hazırlayıb bu dəmir yolunu – Naxçıvan ərazisindən yeni bir koridorun inşasını birlikdə həyata keçirəcəyik.

Dostlarımızla toplantılarımızı keçirəcəyik. Qardaşlarımızın işi bizim işimizdir. İnşallah, hamımız birlikdə əl-ələ verərək gözəl işlərə imza atacağıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR