WSJ: "Facebook" məzmununun 40%-ni plagiat təşkil edir

WSJ: "Facebook" məzmununun 40%-ni plagiat təşkil edir
# 10 noyabr 2021 11:39 (UTC +04:00)

2018-ci ildə "Facebook" trafikinin təxminən 40%-i başqasının məzmununu icazəsiz yayan səhifələrin payına düşüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "The Wall Street Journal" (WSJ) "Facebook"un keçmiş baş analitiki Ceff Allenin daxili hesabatına istinadən yazır.

Nəşr qeyd edir ki, digər mənbələrdən götürülmüş məzmun sosial şəbəkədə ən populyar olaraq qalmaqdadır. Bunu "Facebook"un artıq 2021-ci ildə dərc etdiyi məlumatlar da sübut edir.

"Facebook" tədqiqatçıları daxili müzakirələrdə təqib riskinə məruz qalmamaq üçün şirkətin müəllif hüquqlarının pozulması ilə mübarizə üçün addımlar atmadığını bildiriblər.

Onlar həmçinin qeyd ediblər ki, oxşar taktikalardan saxta məlumatlar yayan Amerika və xarici qruplar da istifadə ediblər. Bu, media da daxil olmaqla, qanuni məzmunu dərc edən tərəflər üçün problemlər yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR