Yevlax sahibkarları "Azəriqaz"ın "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edib - FOTO

Yevlax sahibkarları "Azəriqaz"ın "Səyyar qəbul otağı"nın imkanlarından istifadə edib  - FOTO
# 25 noyabr 2021 15:39 (UTC +04:00)

"Azəriqaz" İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafına dəstək məqsədilə sahibkarlıq subyektləri ilə mütəmadi görüşlər keçirir, Birlik rəhbərliyi onların qayğıları ilə maraqlanır.

"Azəriqaz"dan “APA-Economics”ə verilən məlumata görə, İB-nin "Açıq mikrofon" aksiyası istər vətəndaşlara, istərsə sahibkarlara qaz təchizatında yaranan problemlərin həlli istiqamətində yardımçı olur. Bu dəfə "Səyyar qəbul otağı" Yevlax sahibkarlarının ixtiyarında olub. Görüşdə "Azəriqaz" İB-nin baş direktorunun satış üzrə müavini Rəşad Cavadov, Birliyin digər məsul şəxsləri, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və Yevlax Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri iştirak ediblər. Sahibkarlar aksiyanın imkanlarından istifadə edərək üzləşdikləri çətinliklərdən söz açıblar. Yevlax sahibkarları ilə yanaşı, ətraf kəndlərdən, habelə Ağcabədi rayonundan da vətəndaşlar "Səyyar qəbul otağı" baş tutan ünvana üz tutublar. Ünvanlanan suallarla bağlı yerindəcə izahatlar verilib və qeydiyyata götürülüb.

Məlumat üçün bildirək ki, bu gün baş tutan aksiya ümumilikdə 31-ci, sahibkarlarla isə sayca 10-cu görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR