Bakının torpaq bazarında bahalaşma davam edir - TƏHLİL

Bakının torpaq bazarında bahalaşma davam edir - <span style="color: red;">TƏHLİL
# 30 aprel 2015 08:21 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Artıq mövsümi ayların başlaması ilə əlaqədar mart ayında torpaq bazarında təklif portfeli artaraq 437 ədəd təşkil edib ki, buna da səbəb torpaq bazarında aktivliyin artması olub ki, bu da öz növbəsində qiymətin manatla ifadədə nisbətən artmasına gətirib çıxarıb.

 

APA-Economics” xəbər verir ki, "MBA Consulting Group" şirkətinin mütəxəssisləri tərəfindən paytaxtın torpaq bazarında aparılan müşahidələrin nəticəsinə görə, torpaq sahələrinin satış müddəti (ekspozisiyası) ötən aya nisbətən 13.0% azalıb.

 

Ötən ay bazara çıxarılan 1 sot torpağın orta qiyməti manatla ifadədə 5,91% artaraq 15,708 manat/sot səviyyəsindən 16,636 manat/sot səviyyəsində qərarlaşıb. Baş verən devalvasiya nəticəsində dollar ilə ifadədə isə orta qiymət 1 sota görə 20,88% azalaraq 15,844 dollar/sot təşkil edib.

 

Bakı şəhəri rayonları üzrə qiymət artması ən çox Sabunçu, Suraxanı və Xətai rayonlarında qeydə alınıb, müvafiq olaraq 18%, 12% və 16%.-dir. Qiymət artımının son ayda şəhərin bütün rayonlarında hiss edilməsini, bu seqment üzrə olan tələbatın artması ilə əlaqələndirmək olar. Qiymətlərin və torpağa olan tələbin artmasına uyğun olaraq, təklif portfelinin həcmində son ayda artım müşahidə olunub.

 


 

Təklifin strukturu aktivliyin həcmindən asılı olaraq zonalar üzrə müxtəlif olub.


 

 

Təklif portfelində ən çox paya malik IV zonadır. Hazırda mövsümi ayların başlanması ilə əlaqədar bu zonada olan torpaq sahələrinə tələbatın artması nəticəsində bazarda təklif də artıb.

 

 

 

 

Ay ərzində bazara təklif edilən ən bahalı torpaq sahəsi Nərimanov rayonunda, Montin qəsəbəsində (106 000 dollar/sot), ən ucuz torpaq sahəsi isə Suraxanı rayonunda, Hövsan qəsəbəsində (700 dollar/sot) qeydə alınıb. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR