«Bank Respublika» yüksək əyarlı qızıl külçələrin satışına başlayıb

«Bank Respublika» yüksək əyarlı qızıl külçələrin satışına başlayıb
# 04 avqust 2008 09:16 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı əhaliyə ən yüksək əyarlı Rusiya istehsalı olan sertifikatlaşdırılmış qızıl külçələrin yeni şərtlərlə satışına başlayıb. «Bank Respublika»dan «APA-Economics»ə verilən məlumata görə, bank ən yüksək 999,9 əyarlı 5, 10, 20, 50, 100, 250 və 500 qramlıq qızıl külçələr, həmçinin qızıl külçələrin əhaliyə 12 ayadək müddətə illik 20% dərəcəsi ilə kreditlə satışını da təklif edir. «Bank Respublika»da 20 qramdan 500 qramadək qızıl külçələrin kreditlə alınması üçün iş yerindən arayış və zamin tələb olunmur. Qızıl külçənin kreditə alınması üçün onun qiymətinin 10% məbləğində ilkin ödəniş etmək lazımdır. Külçə kredit müddəti ərzində Bankda saxlanılır.
Qeyd edək ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasında Almaniyanın «KfW» bank qrupunun üzvü «DEG İnvestisiya» şirkəti və «Sparkassen-Finanzgruppe» maliyyə qrupunun üzvü «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelin 28-dən bankın kapitalının «25%+1 səhm» paketinə sahibdirlər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR