Azərbaycanda iki sığorta brokeri şirkətinə lisenziya verilib

Azərbaycanda iki sığorta brokeri şirkətinə lisenziya verilib
# 15 avqust 2008 10:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən iki sığorta brokeri şirkətinə müddətsiz lisenziya verilib.
Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, «Sığorta fəaliyyəti haqqında» qanuna müvafiq olaraq «Azərbaycan İnsurans Broking» MMC və «Aon Azəri Sığorta və Təkrarsığorta Broker Şirkəti» MMC-yə sığorta brokeri fəaliyyətinə müddətsiz lisenziyalar verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR