Azərbaycanda I yarımillikdə toplanmış sığorta haqlarının həcminə görə «MBASK» şirkəti liderlik edir

Azərbaycanda I yarımillikdə toplanmış sığorta haqlarının həcminə görə «MBASK» şirkəti liderlik edir
# 21 avqust 2008 10:21 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar-iyun aylarında ümumilikdə 97,88 mln. manat həcmində sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 37,6% çoxdur.
«APA-Economics»in Maliyyə Nazirliyinin dəqiqləşdirilmiş məlumatları əsasında apardığı araşdırmaya görə, şirkətlər arasında toplanmış sığorta haqlarının həcminə görə «MBASK» sığorta şirkəti liderlik edir. Belə ki, şirkətin bu ilin birinci yarısında topladığı sığorta haqqının həcmi 12,51 mln. manat təşkil edib. Nəticədə, «MBASK»ın ümumi sığorta daxilolmalarının strukturunda xüsusi çəkisi 12,8%-ə bərabər olub.
İlk üçlüyə həmçinin «Azal Sığorta» (12,24 mln. manat və ya 12,5%) və «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (10,95 mln. manat və ya 11,2%) daxildir.
Qeyd edək ki, ölkədəki mövcud 28 sığorta təşkilatlarından 18-nin topladığı sığorta haqlarının məbləği 1 mln. manat səviyyəsindən artıq olub. Şirkətlər sırasında ən az sığorta haqqı isə «Əmrah Sığorta» şirkəti toplayıb. Bu şirkətin daxilolmalarının həcmi 20 min manat (0,02%) təşkil edib.
Aşağıda «APA-Economics»in sığorta şirkətlərinin topladıqları sığorta haqları üzrə tərtib etdiyi renkinq cədvəli göstərilir:

(mln. manat)

S/S

Sığorta təşkilatları

Sığorta haqları

1

MBASK

12,51

2

Azal Sığorta

12,24

3

Azərsığorta Dövlət Sığorta Kommersiya Şirkəti

10,95

4

Beynəlxalq Sığorta Şirkəti

9,35

5

Standart İnsurance

9,02

6

Atəşgah

6,51

7

Xalq Sığorta

5,41

8

AzSığorta

4,71

9

Bakı Sığorta

3,87

10

A-Group

3,30

11

Paşa Sığorta

3,20

12

Qarant Sığorta

2,39

13

AtaSığorta

1,87

14

Kavkaz Sığorta

1,81

15

Başak-İnam

1,70

16

Star Alyans

1,55

17

Günay Anadolu

1,48

18

Azərbaycan Sənaye Sığorta

1,01

19

Era Trans

0,97

20

BE&G

0,84

21

Thames İnsurance Group

0,80

22

AIG Kaspian İnsurance Company

0,80

23

Azərqarant

0,51

24

Alfa Sığorta

0,41

25

Abşeron Sığorta

0,32

26

Fidan Sığorta

0,19

27

Nişan Sığorta

0,05

28

Əmrah Sığorta

0,02

Lisenziyası ləğv olunmuş sığorta təşkilatı

1

Azər-Asiya

0,11

Y E K U N

97,88



Qeyd edək ki, əvvəlki analoji renkinq Maliyyə Nazirliyinin operativ məlumatları əsasında hazırlanıb və həmin cədvəldə «Azal Sığorta» şirkəti liderlik edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR