Azərbaycan Mikromaliyyələşdirmə Bankı I yarımillikdə aktivlərini 95% artırıb

Azərbaycan Mikromaliyyələşdirmə Bankı I yarımillikdə aktivlərini 95% artırıb
# 21 avqust 2008 12:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Mikromaliyyələşdirmə Bankının (AMMB) aktivlərinin həcmi bu ilin iyul ayının 1-nə 175,677 mln. manat təşkil edib ki, bu da cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 95,2% çoxdur.
AMMB-nin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 2,1 dəfə artaraq 147,560 mln. manata, depozit portfeli isə 37,8% artaraq 10,016 mln. manata çatıb. Bankın məcmu kapitalı 2,2 dəfə artaraq 37,589 mln. manat, o cümlədən nizamnamə kapitalı 81,8% artaraq 20 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,2 dəfə artaraq 17,527 mln. manat, xərcləri isə 80% artaraq 10,678 mln. manat olub. Nəticədə, bankın mənfəəti 3,2 dəfə artaraq 6,849 mln. manat təşkil edib.
Xatırladaq ki, son bir il ərzində bank əlavə 6 filial açıb, 8 bankomat və 25 POS-terminal quraşdırıb. Həmçinin, bu dövr ərzində AMMB-nin işçilərinin sayı 39,3% artaraq 787 nəfərə çatıb.
AMMB 2002-ci ildən fəaliyyət göstərir. Bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH» konsaltinq şirkəti (3,47%) daxildir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR