«AtraBank» oktyabrda xaricdən 8 mln. dollarlıq kredit cəlb edəcək

«AtraBank» oktyabrda xaricdən 8 mln. dollarlıq kredit cəlb edəcək
# 18 sentyabr 2008 10:03 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» Səhmdar Kommersiya Bankı (SKB) bu ilin oktyabr ayının 15-dək xarici maliyyə qurumundan 8 mln. ABŞ dolları həcmində kredit cəlb edəcək.
Bankın İdarə Heyətinin sədri Elmixan Nəbiyevin «APA-Economics»ə verdiyi məlumata görə, həmin xarici maliyyə təşkilatının bankın kapitalında iştirak payı əldə etmək niyyəti var: «Lakin biz bankın səhmlərini satmaq fikrində deyilik».
Konfidensiallıq baxımından xarici maliyyə qurumunun adını açıqlamayan E.Nəbiyev cəlb olunacaq vəsaitlərin Azərbaycanda əsasən aqrobiznes layihələrinin maliyyələşdirilməsinə yönəldiləcəyini bildirib.
Xatırladaq ki, «Atrabank» SKB 1992-ci ildə yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 32,192 mln. manat, kredit portfeli 23,755 mln. manat, depozit portfeli 4,121 mln. manat, məcmu kapitalı 11,412 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat olub. Hazırda bankın respublika üzrə 11 filialı, 10 bankomatı və 32 POS-terminalı fəaliyyət göstərir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR